IV Qoca Hakon | |
---|---|
q.skan. Hákon Hákonarson | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1204[1][2][…] |
Vəfat tarixi | 16 dekabr 1263 |
Dəfn yeri |
|
Atası | III Hakon[d] |
Anası | Varteyqli İnqa[d] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq).[3] Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır. Sonuncu üsyan onun qayınatası qraf Skule Bardsson qaldırılmışdır ki, o da 1240-cı ildə vəfat etmişdir. O, Hakonssonun hakimiyyətinin ilk dövrlərində səltənət naibi olmuşdur. 1247-ci ildə Hakon onun tacqoyma mərasimi Bergendə Modenalı Vilhelm rəhbərliyi ilə keçirilmişdir.
Onun hakimiyyəti dövrü Norveçin ən qüdrətli və ya qızıl dövrü hesab olunur. O, qonşu ölkələrlə də diplomatik əlaqəli möhkəmləndirmişdir. IV Hakon Hakonsson 1258-ci ildə qızı Kristinanı Kastiliya kralının qardaşına ərə vermişdir. Roma Papası və Müqəddəs Roma İmperatoru ilə dostluq əlaqəli quran Hakonsson müxtəlif vaxtlarda papadan imperator tacını almaq, İrlandiya krallarının nümayəndələrindən İrlandiyanın ali kralı olmaq və Fransa kralından fransız səlib donanmasının komandiri olmaq təkliflərini almışdır. O, həməsr Avropa ədəbiyyat nümunələrini qədim skandinav dilinə tərcümə etdirərək və Avropa üslublu monumental daş tikililər inşa etdirərək Avropa mədəniyyətinin Norveçdəki təsisirini qüvvətləndirmişdir. Əlavə olaraq, Hakonsson fəal və istilaçı bir xarici siyasət tətbiq etmişdir. Onun hakimiyyəti dövründə İslandiya və Qrenlandiya Norveç taxtından asılı vəziyyətə düşmüşdür.
IV Hakon Hakonsson 1262-ci ildə Tunis sultanına elçilər göndərmişdir. 1263-cü ildə o, Şotlandiya kralı oraya iddiasını bəyan etdikdən sonra Hebrid adalarını müdafiə etmək üçün böyük bir donanma qurmuşdur. Bir neçə döyüşdən sonra Böyük Britaniyanın şimal və qərbindəki adaları tutmaqdan başqa bir nəticə əldə edə bilməyən Hakonsson donanmasını Orkney adalarında sahilə çıxmışdır. Qışı orada keçirməyə çalışan IV Hakon Hakonsson 17 dekabr 1263-cü il tarixində vəfat etmişdir.